Xəzər Xəbər

Gəncədə DƏHŞƏTLİ CİNAYƏT: Dayı 17 yaşlı bacısı oğlunu qanına qəltan etdi

Hadisə | 12:47 • 28 Yanvar 2018
Gəncədə DƏHŞƏTLİ CİNAYƏT:

Gəncə şəhərində qohumlar arasında bıçaqlanma hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, 2001-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Arzu Qalib oğlu dayısı tərəfindən bıçaqlanıb.

Yaralı əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Eyni zamanda hadisə zamanı daha bir nəfər - 1989-cu il təvəllüdlü İsmayılov Elnur Arzu oğlu da bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbər lenti