Xəzər Xəbər

Bakıda avtobus qəza törətdi: Ölən var

Hadisə | 11:32 • 28 Yanvar 2018
Bakıda avtobus qəza törətdi:

Bakıda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.

Sabunçu rayonu ərazisində - Şəhər şosesində, "Koroğlu" metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu yolu keçən yaşlı kişini vurub.

"İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.

Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğludur.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalara başlanılıb. /lent.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti