Xəzər Xəbər

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxs tutulub

Hadisə | 16:25 • 26 Yanvar 2018
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxs tutulub

Hadisə yerindən qaçan sürücü tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumatda bildirilir ki, yanvarın 5-də saat 21 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən hissəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, 1982-ci il təvəllüdlü Rəşad Xanəliyevi vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Ekspertizalar təyin edilib və digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlər nəticəsində yol nəqliyyat hadisəsinin "VAZ-2107” markalı, 90 VK 615 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Əliyev Elxan Nəriman oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti