Xəzər Xəbər

Qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb

Hadisə | 13:27 • 26 Yanvar 2018
Qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb

Yanvarın 25-də Yevlax rayonu ərazisindən avtomobil qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, araşdırmalarla saat 1 radələrində Gəncə şəhər sakini Telman Pənahova məxsus "Ford Transit” markalı avtomobilin Havarlı kəndi ərazisindən qaçırılması məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Ağdaş rayonunun Şıxlı kəndinin ərazisində yanan vəziyyətdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Təxirəsalınmaz tədbirlərlə avtomobili qaçıraraq yandırmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Mustafayev qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti