Xəzər Xəbər

Azərbaycanda təkböyrəkli uşaq doğuldu O biri böyrəyi də...

Hadisə | 13:14 • 26 Yanvar 2018
Azərbaycanda təkböyrəkli uşaq doğuldu

Azərbaycanda sol böyrəyi olmayan körpə dünyaya gəlib.

Ailem.az-ın xəbərinə görə, bununla bağlı tanınmış uroloq, cərrah Fuad Hüseynov məlumat verib. Həkimin sözlərinə görə, valideynləri uşağın vəziyyətinin olduqca ağır olduğunu gördükləri üçün həyatının ilk sutkasında doğulduğu xəstəxanadan Mərkəzi Klinik Xəstəxanaya köçürüb: "Apardığımız müayinələr zamanı məlum oldu ki, körpənin sol böyrəyi anadangəlmə yoxdur, sağ böyrəyin də ölçüsü olduqca kiçikdir, yəni inkişafdan qalıb. Sidiyin miqdarı azalırdı, böyrəyin necə işlədiyini göstərən Ure-Kreatinin dəyərləri getdikcə yüksəlirdi, yəni artıq kəskin böyrək çatışmazlığı yaranmışdı”.

F.Hüseynov deyir ki, məcburiyyət qarşısında qalıb, 2 günlük 3 kq çəkisi olan körpəyə Periton dializ kateteri taxaraq dializə başlayıblar: "Neonatoloqlar, uşaq nefroloqu Sülhiyyə Ələkbərova və bizlərin ağır səyləri sayəsində körpəmiz ağır günləri geridə qoydu. Hazırda evlərindədir və uşaq nefroloqu tərəfindən mütəmadi nəzarətdədir. Uşağın 1 yaşına çatmağını gözləyirik. Böyük ehtimal böyrək köçürülməsinə ehtiyac olacaq”.


Xəbər lenti