Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Hadisə | 14:38 • 25 Yanvar 2018
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub.

 

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.

 

Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib.

 

Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.​

Xəbər lenti