Xəzər Xəbər

“Vostok” gəmisində qəzaya uğrayan azərbaycanlılar Rusiya vətəndaşlarıdır

Hadisə | 13:39 • 25 Yanvar 2018
“Vostok” gəmisində qəzaya uğrayan azərbaycanlılar Rusiya vətəndaşlarıdır

Yapon dənizində qəzaya uğrayan Rusiyanın "Vostok” balıqçılıq gəmisinin heyət üzvləri Mübariz Hüseynov və Ruslan Əlizadə Rusiya vətəndaşlarıdır.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Saxalin Azərbaycan diasporunun üzvləri bildiriblər.


Xatırladaq ki, göyərtəsində 21 heyət üzvünün olduğu gəmi Qamova burnundan 200 kilometr məsafədə səhər saatlarında xəbərdarlıq siqnalı verdikdən sonra yoxa çıxıb. Heyət üzvləri arasında azərbaycanlılarla yanaşı, ruslar və moldovalılar da var.


Hazırda axtarışda iştirak edən helikopter və təyyarə geri qayıdıb. Axtarışlar heç bir nəticə verməyib. Yerli vaxtla saat 19.00-dan sonra gecə saatlarında axtarış aparmaq üçün avadanlıqla təmin edilmiş "Kapitan Zaborşikov” ixtisaslaşdırılmış gəmisi axtarışa başlayacaq.


Rubrikanın digər xəbərləri

Xəbər lenti