Xəzər Xəbər

Yoxa çıxan gəmidə azərbaycanlıların olması araşdırılır

Hadisə | 10:06 • 25 Yanvar 2018
Yoxa çıxan gəmidə azərbaycanlıların olması araşdırılır

Yaponiyadakı səfirliyimiz Yapon dənizində itkin düşən Rusiyaya məxsus "Vostok” balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır.

Bunu açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Rusiyanın Primorsk diyarında 21 heyət üzvünün olduğu "Vostok" ("Şərq") balıqçı gəmisi yoxa çıxıb.

"RİA Novosti”nin məlumatına görə, gəmidə Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşlarından ibarət 21 heyət üzvü olub. Onların axtarışları davam edir. Faktla bağlı cinayət işi açılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti