Xəzər Xəbər

Bakıda yaşayış binasındakı yanğın lokallaşdırılıb

Hadisə | 11:09 • 20 Yanvar 2018
Bakıda yaşayış binasındakı yanğın lokallaşdırılıb

Bakının mərkəzində yaşayış binasının damında başlamış yanğın lokallaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın hadisəsi baş verib. XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti