Xəzər Xəbər

Qoca ər-arvadın pensiya kartı üstündə qanlı davası... Bakıda

Hadisə | 13:48 • 19 Yanvar 2018
Qoca ər-arvadın pensiya kartı üstündə qanlı davası...

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 74 yaşlı İbadulla Mənsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İbadullah Mənsimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 1 il 6 ay sınaq müddətinə şərti cəza alıb.

İttihama görə, ötən il Sabunçu rayonunda İbadulla Mənsimov həyat yoldaşı Tərgül Mənsimovu ailə münaqişəsi zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Səhhətində problem olan İbadulla Mənsimov arvadından pensiya kartını istəyib. Arvadı kartı ona vermədiyi üçün İbadulla Mənsimov bıçağa əl atıb.

İstintaq dövründə İbadulla Mənsimovun barəsində həbs qətimkan tədbiri seçilməyib./Teleqraf.com

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti