Xəzər Xəbər

Braziliyada avtomobil kütləyə çırpılıb, ölən və yaralananlar var

Hadisə | 08:56 • 19 Yanvar 2018
Braziliyada avtomobil kütləyə çırpılıb, ölən və yaralananlar var

Braziliyanın Rio-de-Janeyro şəhərində avtomobil kütləyə çırpılıb.

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məşhur Kopakabana kurortunda baş vermiş insident nəticəsində 1 azyaşlı ölüb, 15 nəfər xəsarət alıb.

Avtomobilin sürücüsü 41 yaşlı Antoniu Almeyda adlı şəxs saxlanılıb. Sürücünün sözlərinə görə, sükan arxasında olarkən o epilepsiya tutması keçirib, nəticədə avtomobil idarəetmədən çıxıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti