Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən, hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.