Xəzər Xəbər

Bərdədə nişanlı müəllimənin qaçırılma səbəbi ORTAYA ÇIXDI: iş yoldaşının oğlu... - ŞOK TƏFƏRRÜAT

Hadisə | 14:19 • 18 Yanvar 2018
Bərdədə nişanlı müəllimənin qaçırılma səbəbi ORTAYA ÇIXDI:

Hacallı kənd bələdiyyəsinin sədri Akif Əhmədov Publika.az-a açıqlamasında bildirib ki, qaçırılan müəllimə bu ilin sentyabr ayından kənd məktəbində işləyib:

"O məktəbdə işləyən 3 müəllimə ilə birlikdə kirayə qalırdı. Yaşadıqları ev məktəbin yaxınlığında idi. Dünən günorta saatlarında müəllimə yoldaşı ilə dərsdən çıxıb evə gedəndə yolda olarkən onu qaçırıblar. Qaçıran oğlan da bizim kəndin adamıdır. Onun anası məktəbdə ibtidai sinif müəlliməsidir”.

A.Əhmədov bildirib ki, qızın ailəsi polisə müraciət edib: "Qızın ailə artıq kəndə gəlib, polis də ailənin şikayəti əsasında araşdırma aparır. Qızın hara aparılması barədə heç bir məlumat yoxdur”.

***

Bərdə rayonunda müəllimə zorla qaçırılıb.

Rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi olan qız qaçırılıb.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

Onun başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir. (apa)

Xəbər lenti