Xəzər Xəbər

Bakıda avtobus ölümə səbəb oldu

Hadisə | 13:44 • 18 Yanvar 2018
Bakıda avtobus ölümə səbəb oldu

Yanvarın 18-də saat 1 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Tural Mürsəlzadə idarə etdiyi "Zontes” markalı motosikleti qarşıda gedən Nurlan Məmmədovun 160 saylı xətt üzrə idarə etdiyi "Daewoo” markalı avtobusa vurub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə T.Mürsəlzadə hadisə yerində ölüb.

Sərnişini, Bakı şəhər sakini Rövşən Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti