Xəzər Xəbər

Piyadanı vurub qaçan sürücü tutuldu

Hadisə | 13:42 • 18 Yanvar 2018
Piyadanı vurub qaçan sürücü tutuldu

Yanvarın 14-də Balakən rayon sakini Nurlan Sabirovun aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 23 radələrində Talalar kəndi ərazisində yolu keçən Tülü kənd sakini Nurlan Sabirovun müəyyən edilməyən avtomobillə vurulması və xəsarətlə xəstəxanaya yerləşdirilməsi məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "Audi” markalı avtomaşınla törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, Xalatala kənd sakini Şaban Dibirov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar