Xəzər Xəbər

Keçmiş arvadına 17 bıçaq vuran şəxsə hökm oxundu

Hadisə | 13:20 • 18 Yanvar 2018
Keçmiş arvadına 17 bıçaq vuran şəxsə

Sumqayıt şəhərində keçmiş həyat yoldaşını öldürməkdə təqsirləndirilən 1982-ci il təvəllüldü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəzərXəbər Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Ramin Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi Sumqayıtın Corat qəsəbəsində baş verib. 35 yaşlı Ramil Şükürov keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 17 bıçaq zərbəsi vurub.

Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı və Ramil Şükürovla aralarında uzun müddətdir mübahisə yarandığı məlum olub.

Ramil Şükürov özü könüllü polis idarəsinə gəlib və hər şeyi etiraf edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti