Xəzər Xəbər

Bakıda iki nəfəri maşın vuraraq öldürüb

Hadisə | 12:09 • 16 Yanvar 2018
Bakıda iki nəfəri maşın vuraraq öldürüb

Bakıda iki nəfəri maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, yanvarın 15-də saat 18 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Şahvələd Allahyarov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Zamiq Babayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Digər hadisə isə elə həmin gün saat 21 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində baş verib. Şirvan şəhər sakini Mirceyhun Hüseynli idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Ruhuyə Abdullayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti