Xəzər Xəbər

Rusiyada qidadan kütləvi zəhərlənmə olub

Hadisə | 10:36 • 13 Yanvar 2018
Rusiyada qidadan kütləvi zəhərlənmə olub

Rusiyanın Ulan-Ude şəhərində kütləvi zəhərlənmə olub.

Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yerli kafelərin birində eyni gündə ayrı-ayrı vaxtlarda nahar edən 46 nəfərin halı pisləşib.

Onlar xəstəxanada müayinə edildikdən sonra məlum olub ki, kütləvi zəhərlənməyə səbəb salmonellez infeksiyası olub.

Zəhərlənənlərdən 8 nəfər yeniyetmədir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti