Xəzər Xəbər

Rusiyada ağır yol qəzası: 5 nəfər ölüb

Hadisə | 09:36 • 13 Yanvar 2018
Rusiyada ağır yol qəzası: 5 nəfər ölüb

Rusiyanın Zabaykalye diyarında ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın "RT”-yə istinadən verdiyi xəbərə görə, hadisə Çita-Zabaykalsk-Çin sərhədi avtomagistralında, Xaranor qəsəbəsi yaxınlığında qeydə alınıb.

"Toyota Mark” markalı minik avtomobili ilə "SsangYong Istana” mikroavtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. İlkin ehtimala əsasən, qəzaya "Toyota”nın sürücüsünün ötmə əməliyyatı edərkən qarşı zolağa çıxması səbəb olub.

Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti