Cəbhədə növbəti təxribat:
Düşmən silahı susmur
Hadisə
|
10:15 • 12 Yanvar 2018
Ermənistan silahlı
qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı
pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 131
dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Dovex
kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax
rayonunun Kəmərli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız
yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam,
Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.