Xəzər Xəbər

Sevgilisi 31 yaşlı qadını küçədə döydü - BAKIDA

Hadisə | 15:05 • 11 Yanvar 2018
Sevgilisi 31 yaşlı qadını küçədə döydü -

Bakıda qadına qarşı xuliqanlıq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Saatlı rayon sakini Bəstixanım Rüstəmova (ad şərtidir) polisə müraciət edərək bildirib ki, gecə saat 03 radələrində Salyan şosesi 23 ünvanında, küçənin ortasında qeyri rəsmi nikahda yaşadığı şəxs onu döyüb.

Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Şərur rayon sakini Fərhad Zeynalovla tanış olub və aralarında sevgi münasibəti yaranıb. Lakin sonradan onların münasibəti pozulub.

F.Zeynalov polis bölməsinə dəvət olunub və izahatı alınıb.

Araşdırma aparılır.

Xəbər lenti