Xəzər Xəbər

Vəsiqəsiz sürücü işdən çıxarıldı

Hadisə | 12:24 • 10 Yanvar 2018
Vəsiqəsiz sürücü işdən çıxarıldı

Dünən Koroğlu Mübadilə Mərkəzində keçirdiyimiz sorğuda oğlunun sürücülük vəsiqəsi ilə sükan arxasına əyləşdiyini deyən 10 TG 895 dövlət nömrə nişanlı avtobusun sürücüsü işdən azad edilib.

Bu baradə "Qafqazinfo”ya məlumatı Bakı Nəqliyayyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev verib. O bildirib ki, dünən videodan sonra daşıyıcı Agentliyə çağrılıb və ciddi şəkildə xəbərdarlıq edilib.

Eyni zamanda həmin sənədsiz idarə edilən avtobus da dərhal xətdən kənarlaşdırılıb: "Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslərin sükan arxasında oturması məhz daşıyıcının işinə səhlənkar yanaşmasının nəticəsidir. Ümumiyyətlə, həmin marşrut xətti üzrə daşıyıcıya bundan əvvəl də digər məsələlərlə bağlı xəbərdarlıqlar edilmişdi. Bir daha da diqqətinə çatdırılıb ki, əgər fəaliyyətində müsbət dəyişikliklər olmasa, avtobuslar yenilənməsə, sürücü bazasını peşəkarlardan formalaşdırmadığı təqdirdə marşrut xəttinin istismarına dair müqaviləyə xitam veriləcək. Daşıyıcı da qısa vaxtda qeyd edilən nöqsanlar aradan qaldırılacağına söz verib”.

Xəbər lenti