Xəzər Xəbər

Rəfiqəsi ilə əlbir olub sevgilisinin başına OYUN AÇDI Bakıda ŞOK OLAY

Hadisə | 12:43 • 9 Yanvar 2018
Rəfiqəsi ilə əlbir olub sevgilisinin başına OYUN AÇDI

Bakıda dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

XəzərXəbər-in xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov vəsatət qaldırıb. O, hər iki qadının günahsız olduğunu və onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmə baxışı yanvarın 17-ə təyin edilib.

İttihama görə, Ceyran İsmayılova və Türkay Əkbərli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittihan olunur. Onlar vətəndaş Bəhruz Nağıyevin 400 min manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinir.

İttihama görə, Türkay Əkbərli ilə Bəhruz Nağıyev sevgili olub. Türkay Ceyran İsmayılova ilə əlbir olaraq, Bəhruz Nağıyevin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti