Xəzər Xəbər

Azərbaycanda məşhur iş adamına cinayət işi açıldı Yarım milyonluq dələduzluq

Hadisə | 12:34 • 9 Yanvar 2018
Azərbaycanda məşhur iş adamına cinayət işi açıldı
Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

XəzərXəbər-in Report-a istinadən məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dollarını alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Atena” süd məhsulları kombinatının təsisçisi və "Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.

Xəbər lenti