Xəzər Xəbər

Bakıda 14 yaşlı qız itkin düşdü

Hadisə | 11:36 • 9 Yanvar 2018
Bakıda 14 yaşlı qız itkin düşdü

Bakının Maştağa qəsəbəsində 14 yaşlı qız itkin düşüb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Maştağa qəsəbə sakini, 2004-cü il təvəllüdlü Nəsibə Namiq qızı Mirzəyeva yanvarın 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən N. Mirzəyevanın əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub.

Polis itkin düşən yeniyetmə qızın fotosunu da təqdim edib. Onu görənlərdən (012) 455-44-32, (012) 455-02-02 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti