Xəzər Xəbər

Azərbaycanlılara Türkiyədə "iş tapan" şəxslər tutuldu: 250 min dollarlıq fırıldaq

Hadisə | 17:40 • 8 Yanvar 2018
Azərbaycanlılara Türkiyədə "iş tapan" şəxslər tutuldu:

Türkiyədə azərbaycanlıları internet vasitəsilə aldadaraq iş tapmaq adı ilə pul qoparan şəxslər tutulub.


XəzərXəbər virtualaz.org-a istinadən xəbər verir ki, Sakarya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində tutulan iki Türkiyə vətəndaşının (C.M. və B.A) 4 il ərzində Azərbaycan və Gürcüstandan ümumilikdə 250 nəfərə fırıldaq gəldikləri məlum olub.


Onlar aldatdıqları şəxslərlə internet vasitəsilə əlaqə qurublar və bunun qarşılığında hərəsindən min dollar pul alıblar. 4 il ərzində aldadılan 250 nəfərdən ümumilikdə 250 min dollar pul alınıb.


Polisə daxil olan şikayət əsasında araşdırmalara başlanılıb. Sakarya polisi C.M-nı Adabazarında, B.A-nı isə Serdivan qəsəbəsindəki evdə ələ keçirib. Məlum olub ki, C.M. 4 fərqli fırıldaqçılıq ittihamı ilə axtarışdadır və 8 il 3 ay həbs cəzası alıb.


B.A isə 3 fırıldaqçılıq ilə axtarışdadır və haqqında 4 il 2 ay həbs cəzası var.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti