Xəzər Xəbər

Qadına qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb

Hadisə | 13:50 • 8 Yanvar 2018
Qadına qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb

Yanvarın 4-də Xəzər rayonu ərazisində soyğunçuluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) "102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat nəticəsində Buzovna qəsəbəsində yaşayan bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə 532 manatının və mobil telefonunun alınması müəyyənləşdirilib.

Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Məmmədtağı İsmayılov və İsmayıl Əliyev olmaları məlum olub. Hər iki şəxs istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti