Xəzər Xəbər

Dayanacaqda avtobus gözləyirdi - pulu və sənədi oğurlandı

Hadisə | 13:49 • 8 Yanvar 2018
Dayanacaqda avtobus gözləyirdi -

Yanvarın 6-da Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisindəki dayanacaqlardan birində şəhər sakini Yusif Salmanov içərisində 470 manat, sənəd və məişət əşyası olan sellofan torbasının oğurlanması barədə ŞPİ-nin 4-cü Polis Bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs "isti izlərlə”müəyyən edilib və şəhər sakini, əvvəllər məhkum olunmuş Nuru Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.

Xəbər lenti