Xəzər Xəbər

Samuxda DƏHŞƏTLİ QƏZA: 2 ölü, 2 yaralı - ADLAR

Hadisə | 12:02 • 3 Yanvar 2018
Samuxda DƏHŞƏTLİ QƏZA:

Samuxda ağır yol nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.

"Report"un məlumatına görə, bunlar Samux rayon sakini, 32 yaşlı Tural Ənnağı oğlu Məmmədov, onun həmyerlisi və həmyaşıdı Ruslan Xaliq oğlu Nəsibovdur.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən ağır yaralanan Zaur Zirəddin oğlu Məmmədovdur. Digər yaralı, "QAZel" markalı sərnişin mikroavtobusun sürücüsü Samux rayon Sərkər kənd sakini, 38 yaşlı Müslüm İsmayıl oğlu İsmayılov yaxınları tərəfindən Gəncədəki özəl xəstəxanaların birinə aparılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində başqa yaralananlarda olub.

***

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə Gəncə-Sərkar yolunda baş verib. "QAZel” və "VAZ 21010” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Məlumata görə, qəzaya düşən şəxslərin yaxınları hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilinə hücum ediblər. Maşının şüşələri sındırılıb, sürücü isə bədən xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

Xəbər lenti