Xəzər Xəbər

Mingəçevirdə piyadanı maşın vurdu sürücü qaçıb

Hadisə | 15:08 • 1 Yanvar 2018
Mingəçevirdə piyadanı maşın vurdu

Mingəçevirdə keçiddən istifadə etmədən yolu keçmək istəyən piyadanı maşın vurub.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, yeraltı keçidin üzərində baş verib.

Hələ ki, markası məlum olmayan avtomobil yolu keçmək istəyən təqribən 50-52 yaşlı kişini vuraraq hadisə yerindən qaçıb. Ağır və huşsuz vəziyyətdə olan yaralı dərhal xəstəxanaya çatdırılıb. Yaralı komada olduğu üçün hələ ki, şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı hazırda araşdırma aparılır.

Xəbər lenti