Xəzər Xəbər

Ərinin qohumu gəlini ilə xəbər göndərdi: Ərini at, yanıma gəl ...

Hadisə | 17:25 • 26 Dekabr 2017
Ərinin qohumu gəlini ilə xəbər göndərdi:

Adanada 14 yaşında evlənən, 16 yaşında anaolan bir qız qohumunun birlikdə olmaq istəyini qəbul etmədiyi üçün təhdid edilib,təcavüzəuğradığını iddia edib.

Təcavüz etdiyi iddia edilən şübhəligənc qızla öz istəyi ilə birlikdə olduğunu deyib.

Tükürpədici hadisə təxminən 1 il öncəSarıçam qəsəbəsində baş verib. T.A. 14 yaşında aşiq olduğu M.A. (29) iləailə həyatı qurub. T.A. 16 yaşında ilk uşağını dünyaya gətirib. 2 il öncədəikinci qız övladı olub. İddiaya görə,T.A. əri vəuşaqlarıyla xoşbəxt yaşayarkən ərinin qohumu M.E.A. (49) onunla birlikdəolmaqüçün gəlini M.A. (22) ilə birgətəhdidlərə başlayıb. Təklifi rədd edilən M.E.A.bu dəfə gəlini M.A.-nı da "götürərək"T.A.-nın evinəgedərək gəncqıza"Mənim səndən çoxxoşum gəlir. Bunu gəlinim dəbilir. Boş vəlazımsız ərini at, yetər ki sən "hə"de, mən sənə gül kimi baxaram" deyib. Təklifi bir dəfə rədd edən T.A., M.E.A. vəgəlini M.A.-nı evdən qovub. Məqsədinə çatmayan M.E.A.:"Səni rəzil edəcəyəm və yuvanı dağıdacam. İnsan içinə çıxa bilməyəcəksən" deyərək gənc qadını təhdid edib. Ərinə baş verənlərideyə bilməyən T.A. bu səfər M.E.A.-nın telefon vasitəsi ilə təhdidlərinə məruz qalıb.

İddiaya görə, kişinin gəliniM.A. qonşusu kimi T.A.-nın evinəgetdiyi vaxt alt paltarlarını oğurlayıb. M.E.A.gənc qadına mobil telefondanalt paltarlarının şəklini çəkərək göndərib, təhdidlərinə davam edib. Yuvasının dağılacağından qorxan T.A.mesaja cavab verməyincə kişinin gəlini M.A.:"Mən sənənədedim? Bu adamın əli-qolu "uzundur", istədiyini səndən alar. Qaynatamın təklifini qəbul et" deyərək təhdidini davam etdirib. Məqsədinə çatmayan M.E.A.gənc qadının telefon nömrəsini başqalarına paylayıb.

Tanımadığı kişilərin zəng etməyə başladıqlarıT.A.bir gün V.Ş. adlı şəxsin zəngi ilə qarşı-qarşıya qalıb."Səninləcinsi əlqaədə olmaq istəyirəm, əlimdəalt paltarı fotoların var. Bunu ərinə göndərərəm, mənə cinsi orqanının şəklini çəkib at" deyib. Gənc qadın qorxub nə edəcəyini bilməyərək, onun istədiyifotonu çəkib, göndərib. Bundan sonra eyni təhdidlə və V.Ş. adlı şəxslərin təhdidindən qorxub müxtəlif zamanlarda onlarla görüşərək intim münasibətdə olub.

Hər gün artan intim təkliflərdən bezən T.A. polisə olayla bağlı xəbər verib. T.A.-nın iddialarından sonra hərəkətə keçən polisşübhəli qohumu M.E.A., gəlini M.A.-nı vətəcavüz etdiyi deyilən V.Ş.-nı saxlayıb. İfadələrində şübhəlilər ittihamları qəbul etməyiblər. Sözügedən şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.

T.A. isənə edəcəyini bilmədiyini,çox çarəsiz bir vəziyyətdə olduğunu deyib:

"Ərimə deyə bilmirdim,nəticədə namus məsələsi idi bu. Mən 2 uşaq anasıyam. Hər kəsdən mənə kömək etmələrini istəyirəm. Onlar hələ təhdid edərək çöldə gəzirlər. Məni yolda görəndə öldürəcəklərini deyirlər. Dövlət mənə 3 ay mühafizə olunmaq müddəti verdi".

Milli.Az

Rubrikanın digər xəbərləri

Xəbər lenti