Xəzər Xəbər

4 uşağı diri-diri yandıranlara həbsxanada divan tutdular

Hadisə | 15:10 • 26 Dekabr 2017
4 uşağı diri-diri yandıranlara həbsxanada divan tutdular

Dekabrın 11-də İngiltərənin Solford şəhərində dəhşətli yanğın olmuş, 4 uşaq diri-diri yanmışdı. Polisin apardığı araşdırmada bəlli olmuşdu ki, ev qəsdən yandırılmışdı.

Cinayətkarlar həbs olunublar.

The Sun bildirir ki, həbsxanada məhbuslar bu iki şəxsə divan tutublar.

Devid Uoroll amansızlıqla döyülüb, onun əl və ayaq barmaqlarının hamısı sındırılıb. Kortni Brayerlini isə üzərinə qaynar su tökərək onu yandırıblar.

Dekabrın ilk günlərində 25 yaşlı Devid Uorroll, 20 yaşlı Kortni Baryerli və 23 yaşlı Zak Bolland Böyük Mançester bölgəsindəki Solford şəhərində evi yandırmışdılar.

Həmin yanğında 4 uşaq həlak olmuşdu.

Demir Pirsonun 14, Brendonun 8, Lasinin 7, Liyanın isə 3 yaşı vardı.

16 yaşlı Kayl Pirson pəncərədən atılaraq xilas ola bilmişdi.

Uşaqların anası, 36 yaşlı Mişel Pirson hələ də xəstəxanada, kritik durumdadır. Onun psixi şokdadır.

Yanğınsöndürmə xidmətinin ekspretlərinin dediklərinə görə, evdə yanğın soba bacasında, giriş qapısında və birinci mərtəbəki pəncərədə eyni vaxtda başlamışdı.

Bədəməllər benzimndən istifadə etmişdilər.

İstintaqda o da bəlli oldu ki, Pirsonlar ailəsi sürəkli olaraq hədələnirmiş.

Səbəb isə Mişel Pirsonla cinayətkar banda arasındakı mübahisə olub.

Mişelin 18 yaşlı oğlu Lüis həmin bandanın üzvlərindən birinin itini vurubmuş. Banda da bunun qisasını alacağını bildirib.

Fəqət, həbsxanada banditləri "anlamayıblar".

Devid Uorroll və Kortni Brayerli indi Mançesterdəki Strencveys həbsxanasıdadırlar.

Onların məhkəməsi hələ başlanmayıb./milli.az


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti