Xəzər Xəbər

Şəkidə BƏDBƏXT HADİSƏ 80 yaşlı qadın zibil quyusunda yandı

Hadisə | 12:10 • 26 Dekabr 2017
Şəkidə BƏDBƏXT HADİSƏ

Şəkidə 80 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.

XəzərXəbər xəbər verir ki, Oğuz rayonu Baş Daşağıl kənd sakini, 1937-ci il təvəllüdlü Xanım Abdulrəhim qızı Soltanəliyeva ağır yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 80 yaşlı X. Soltanəliyevanın Şəki rayonu Kiçik Dəhnə kəndinin inzibati ərazisindəki fəaliyyət göstərən fermanın həyətindəki zibil yanan quyuya ehtiyatsızlıqdan yıxılaraq ağır yanıq xəsarətləri aldığı məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X. Soltanəliyevaya bədəninin 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır ikimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (apa)

Rubrikanın digər xəbərləri

Xəbər lenti