Xəzər Xəbər

Oğurluq edən məşhur müğənni həbs edildi

Hadisə | 10:44 • 26 Dekabr 2017
Oğurluq edən məşhur müğənni həbs edildi

Amerikalı məşhur müğənni və aktrisa Lainie Kazan həbs olunub.

Onun həbsinə səbəb marketdən oğurluq etməsidir.

Marketə alış-veriş üçün gedən aktrisa oradan çıxarkən 180 dollar dəyərində məhsul oğurlayıb. Satıcılar tərəfindən tutulan 77 yaşlı müğənni işçilərdən üzr istəsə də, polis onu həbs etməli olub.

Qeyd edək ki, 1960-cı ildən indiyədək onlarla film və seriala çəkilən Kazan 1939-cu ildə New York-da dünyaya gəlib. O, 1982-ci ildə "My Favorite Year” filmi ilə "Qızıl Kürə”, 1988-ci il istehsalı "St. Elsewhere” filmi ilə isə "Emmy” mükafatına namizəd olub. /azvision.az

Xəbər lenti