Xəzər Xəbər

Konsuldan Qarsdakı qəza ilə bağlı açıqlama: "Sürücüdən başqa hamısı azərbaycanlıdır"

Hadisə | 13:08 • 25 Dekabr 2017
Konsuldan Qarsdakı qəza ilə bağlı açıqlama:

"İstanbuldan Iğdıra gələn avtobus bu gün səhər saat 06:00 radələrində qəzaya düşüb. Təqribən 30-a yaxın yaralı var. Onlardan biri – sürücü Türkiyə vətəndaşıdır. Qalan şəxslərin hamısı Azərbaycan vətəndaşlarıdır"

Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.

Baş konsul vurğulayıb ki, hazırda yaralı şəxslərin kimliyi dəqiqləşdirilir: "Qəza nəticəsində ölüm və ya ağır yaralanma faktı qeydə alınmayıb. Yaralıların bir qismi Sarıkamış, digərləri isə Qarsdakı xəstəxanalara yerləşdirilib. Hazırda Konsulluğun əməkdaşları xəstəxanalara cəlb olunub və yaralıların vəziyyəti ilə maraqlanırlar".

Xəbər lenti