Xəzər Xəbər

Ərindən ayrılan qadın sevgilisindən uşaq doğdu, amma... AZƏRBAYCANDA

Hadisə | 13:48 • 20 Dekabr 2017
Ərindən ayrılan qadın sevgilisindən uşaq doğdu, amma...

Azərbaycanda 15 günlük körpə kimsəsiz qalıb. Uşaq dekabrın 6-da dünyaya gəlib. Ancaq ana uşağı qeyri-qanuni dünyaya gətirdiyi üçün ona sahib çıxmır. Körpənin anası əvvəl evli olub, boşandıqdan sonra başqası ilə münasibət qurub.

Qızın valideynləri onun uşaq dünyaya gətirməsindən xəbərsizdirlər.

Hadisə barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumatlandırılıb.

Qeyd edək ki, sözügedən xanımın ailəsi məsələdən xəbərsiz olduğu üçün adını və hadisənin hansı rayonda baş verdiyini yazmırıq.

***

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə hadisə barədə məlumat verib. O qeyd edib ki, məlumatı paylaşan şəxsə bildirdim ki, uşağın şəklini açıq qoymaq olmaz: "Bu konkret insan alveri demək olar. Bununla bağlı mütləq rayon icra hakimiyyətinə və polisə məlumat vermək lazımdır. Qanuna uyğun olaraq uşaq körpələr evinə təhvil verilməlidir”. (qafqazinfo)

Rubrikanın digər xəbərləri

Xəbər lenti