Xəzər Xəbər

Azərbaycanda film kimi cinayətin üstü açıldı

Hadisə | 13:20 • 19 Dekabr 2017
Azərbaycanda film kimi cinayətin üstü açıldı

Dekabrın 5-də İsmayıllı Rayon Polis Şöbəsinə gəlmiş Gəncə şəhər sakini Mahir Məmmədov ona qarşı quldurluq edilməsi barədə məlumat verib.

DİN-in Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, həmin gün axşam saatlarında paytaxtdakı Beynəlxalq Avtovağzal Kompleksində 2 naməlum şəxs onun idarə etdiyi "Mercedes” markalı avtomobilinə sərnişin qismində oturaraq Biləcəri qəsəbəsinə, sonra isə Gəncə şəhərinə gedəcəklərini bildiriblər.

Biləcəri qəsəbəsində onlar sürücünü döyüb 70 manatını və mobil telefonunu alıblar, əllərini, gözlərini və ağzını bağlayaraq avtomobillə İsmayıllı rayonuna gətirmiş, Bizlan kəndində yolun kənarında onu düşürərək özləri həmin avtomobillə yollarına davam ediblər.

Əl-qolunu açaraq yolda rast gəldiyi vətəndaşlardan Polis Şöbəsinin yerini öyrənən M.Məmmədov əllərindəki plastmas xamutlarla Polis Şöbəsinə gəlib, üzləşdiyi cinayət barədə məlumat verib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün polis əməkdaşları tərəfindən Ağsu rayonunun Nüdü kəndi ərazisində tapılıb.

Peşəkarlıqla göürülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Biləcəri qəsəbəsində olduqları yer müəyyən edilib. İsmayıllı RPŞ-nin Binəqədi RPİ-nin əməkdaşları ilə birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakini Ülvi Xəlilov və Neftçala rayon sakini Ümid Əliyev saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti