Xəzər Xəbər

Avtomobili qaçıran şəxs tutuldu 2 ay əvvəl də...

Hadisə | 12:58 • 19 Dekabr 2017
Avtomobili qaçıran şəxs tutuldu

Dekabrın 15-nə keçən gecə paytaxtın Nizami rayonundakı Ş.Mirzəyev küçəsindən Bakı şəhər sakini Anar Abdullayevə məxsus "VAZ-21074” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün polis əməkdaşları tərəfindən Hövsan qəsəbəsi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Polis Bölməsində aparılan araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması, həmçinin digər analoji cinayəti də müəyyən edilib. Belə ki, onun oktyabrın 3-də rayon ərazisində paytaxt sakini Zahir Mirzəyevə məxsus "VAZ-2106” markalı avtomobili qaçırdığı da müəyyən edilib. Avtomobil həmin vaxt akkumulyatoru, maqnitofonu və səsgücləndiricisi oğurlanmış vəziyyətdə tapılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti