Xəzər Xəbər

Bakıda 19 yaşlı oğlan qətl törədib

Hadisə | 10:11 • 19 Dekabr 2017
Bakıda 19 yaşlı oğlan qətl törədib

Bakıda qətl törədilib.

Paytaxtın Sabunçu qəsəbəsinin sakini, 19 yaşlı Emil İlqar oğlu Heydərov aralarında yaranmış münaqişə zəminində tanışı, 25 yaşlı Nicat Qulam oğlu Həziyevi bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən E. Heydərov saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. (APA)

Xəbər lenti