Xəzər Xəbər

Polis bazardan partlayıcı oyuncaqları yığışdırır

Hadisə | 14:07 • 18 Dekabr 2017
Polis bazardan partlayıcı oyuncaqları yığışdırır

Bakıda yüksək səsyayıcı qabiliyyətə malik oyuncaqlar götürülüb.

XəzərXəbər Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində Masallı rayon sakini Xəyal İsmayılovdan yüksək səsyayıcı qabiliyyətə malik 11300 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb. Araşdırma aparılır.

Xəbər lenti