Xəzər Xəbər

Ərinin sevgilisini bıçaqladı TƏFƏRRÜAT

Hadisə | 12:55 • 18 Dekabr 2017
Ərinin sevgilisini bıçaqladı

Sabunçu rayonunda baş verən qanlı hadisənin təfərrüatları məlum olub.

Ölkə.Az-ın əldə etdiyi məlumata əsasən, ötən gecə Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsində 23 yaşlı Cəlilabad rayon sakini Babayeva Aynurə Fazil qızı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya müraciət edib. Cərrahiyyə əməliyyatı olunan qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən araşdırmalara başlanılıb və hadisənin 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Əliyeva Günay Xanbaba qızı tərəfindən törədildiyi məlum olub. Saxlanılan G.Əliyeva törətdiyi cinayət əməlini etiraf edərək bildirib ki, cinayəti qısqanclıq zəminində törədib. Qadının dediyinə görə, həyat yoldaşı Fizuli rayon sakini Əliyar Əhmədov bir neçə ildir ki, A. Babayeva ilə qeyri-rəsmi münasibətdədir. Bununla bağlı dəfələrlə Aynurəyə xəbərdarlıq etsədə o, Əliyar ilə görüşməyi davam etdirib. Ötən gün isə Günay Aynurəyə zəng edərək onu görüşə çağırıb və üzərində gəzdiridiyi cib bıçağı ilə ona bir neçə xəsarət yetirib.

Əliyar Əhmədov da hadisənin onunla bağlı olduğunu etiraf edib. Hətta bıçaqlanan Aynurəni xəstəxanaya çatdırdığını da bildirib.

Fakt üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və G.Əliyeva şübhəli şəxs qismində saxlanılıb. Qeyd edək ki, saxlanılan qadının 2 azyaşlı övladı var.

***

Bakıda qadın ərinin sevgilsini bıçaqlayıb.

"Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, rayonun İlyas Aslanov küçəsində 1994-cü il təvəllüdlü Babayeva Aynurə Fazil qızı Əliyar adlı şəxsin həyat yoldaşı ilə əlbəyaxa dava edib. Nəticədə qadın A.Babayevaya 6 bıçaq xəsarəti vurub. O, yaralı halda xəstəxanaya yerləşdirilib. Məlum olub ki, hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, Əliyarın (soyadı məlum deyil) həyat yoldaşı A.Babayevanı ərinə qısqanıb.

Hadisəni törədən qadın saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti