Xəzər Xəbər

Bakıda kütləvi dava: bir nəfər bıçaqlanıb, 4 nəfər tutulub

Hadisə | 12:35 • 18 Dekabr 2017
Bakıda kütləvi dava:

Bakıda kütləvi dava olub.

Hadisə paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada Orxan Qəmbərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində davanın iştirakçıları, Bakı şəhər sakinləri Şahin Hüseynov, Vaqif Hüseynov, Şərur rayon sakinləri Pərvin Hüseynov və Vüsal Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

Xəbər lenti