Xəzər Xəbər

Türkiyədə kompyuter alışdı, 20 nəfəri zəhərlədi

Hadisə | 09:34 • 18 Dekabr 2017
Türkiyədə kompyuter alışdı, 20 nəfəri zəhərlədi

Türkiyənin şərqində Balıkəsir vilayətində oyun kompyuterinin alışması güclü yanğına səbəb olub. Trend-in məlumatına görə, yanğın nəticəsində 20 nəfərin tüstüdən zəhərlənməsi barədə xəbər verilib.

Xəsarət alanların hamısının Türkyə vətəndaşları olduğu bildirilir. Zəhərlənənlərdən 5 nəfərin isə hadisə yerinə gəlmiş polis olduğu bildirilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xəbər lenti