Xəzər Xəbər

Bakıda avtomobil ana və oğlunu vurub, 8 yaşlı uşaq ölüb

Hadisə | 12:29 • 16 Dekabr 2017
Bakıda avtomobil ana və oğlunu vurub, 8 yaşlı uşaq ölüb

Bakıda ana və azyaşlı oğlunu maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi "Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti