Xəzər Xəbər

Bakıda 4 otaqlı ev yanıb

Hadisə | 10:41 • 16 Dekabr 2017
Bakıda 4 otaqlı ev yanıb

Bakıda 4 otaqlı evdə yanğın olub.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 80 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 15 m2 sahədə və digər otağın tavanı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın, yanğın bölməsi çatana kimi işçilər tərəfindən söndürülüb.

Xəbər lenti