Xəzər Xəbər

İki qardaş mağaza və apteki qarət etdi Tutuldu

Hadisə | 13:52 • 14 Dekabr 2017
İki qardaş mağaza və apteki qarət etdi

Lənkəranda mağaza və aptek qarət edənlər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə Şiləvar kəndindəki apteklərdən birindən 282 manat dəyərində müxtəlif dərman preparatlarının və uşaq qidalaranın oğurlanması ilə bağlı müraciət daxil olub.

Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Polis Şöbəsində aparılan araşdırmalarla onların şəhər sakinləri Vüsal Ağazadə və qardaşı Fərid olmaları, onların digər cinayətdə iştirakları da müəyyən edilib.

Məlum olub ki, onlar noyabrın 18-də kənddəki digər bir mağazadan 150 manat pul və 1191 manat qiymətində müxtəlif ərzaq və gigiyena məhsulları da oğurlayıblar.

Oğurlanmış məhsulların bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılıb, istintaq aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti