Xəzər Xəbər

Gürcüstanda Azərbaycan vətəndaşı külli miqdarda heroinlə tutulub

Hadisə | 14:47 • 13 Dekabr 2017
Gürcüstanda Azərbaycan vətəndaşı külli miqdarda heroinlə tutulub

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Azərbaycan vətəndaşını külli miqdarda narkotik vasitələrlə saxlayıb.

APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına istinadən verdiyi məlumata görə, Marneulidə saxlanılan 1977-ci il təvəllüdlü P.Q. adlı şəxsdən iki bağlamada 6,07 qram heroin olmaqla, 11,607 qram narkotik vasitə müsadirə olunub.

Həmin şəxs saxlanılan zaman narkotik vasitələrin təsiri altında olub. O, günahını etiraf edib.

Azərbaycan vətəndaşını 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.


Xəbər lenti