Xəzər Xəbər

“Boeing 777”-in sərnişinləri Bakıdan Londona yola salındı

Hadisə | 17:38 • 12 Dekabr 2017
“Boeing 777”-in sərnişinləri Bakıdan Londona yola salındı

Bakıya məcburi qəza enişi edən "British Airways” şirkətinin "Boeing 777” təyyarəsinin sərnişinləri Bakıdan başqa təyyarə ilə Londona yola salınıb.

XəzərXəbər xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. AZAL rəsmisi bildirib ki, aviaşirkətin qərarına əsasən sərnişinləri aparmaq üçün Bakıya başqa təyyarə göndərilib.

"Bakıya qəza enişi edən və təmir edilən "Boeing 777”-in ekipaj üzvləri dincəldikdən sonra həmin təyyarə də Londona uçacaq”.

Qeyd edək ki, dekabrın 11-də Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib. Təyyarənin içərisində 135 sərnişin və 17 heyət üzvü olub.

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti