Xəzər Xəbər

AZAL: Bakıda qəza enişi edən təyyarə təmir edilib

Hadisə | 09:58 • 12 Dekabr 2017
AZAL:

Bakıya məcburi qəza enişi edən "British Airways” şirkətinin "Boeing 777” təyyarəsi təmir edilib və uçuşa tam hazırdır.

Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. AZAL rəsmisi bildirib ki, təyyarənin ekipaj üzvlərinin iş saatı bitdiyi üçün uçuş hələ həyata keçirilməyib.

"Hər bir aviaşirkətdə olan qaydalara əsasən müəyyən saatdan sonra pilotlar işləyə bilməzlər. Bu, təhlükəlidir. Onların iş vaxtı bitdiyi üçün ekipaj dincəlməlidir. Sərnişinlər hal-hazırda tranzit zonadadır. Biz onlara nə lazımdırsa - yemək, içki veririk, hər şeylə təmin olunublar. Uçuşun nə zaman bərpa oluncağı barədə aviaşirkət özü qərar verməlidir”, - P.Kəsəmənski deyib.

Qeyd edək ki, dekabrın 11-də Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib. Təyyarənin içərisində 135 sərnişin və 17 heyət üzvü olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti