Xəzər Xəbər

Bakıda dəhşətli hadisə: qayınata gəlinini güllələdi

Hadisə | 09:56 • 12 Dekabr 2017
Bakıda dəhşətli hadisə:

Bakının Sabunçu rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.

XəzərXəbər "Report"-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü M.A. Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.

Bunu bilən A.M-in qayınatası gəlinini qoşalülə tüfəngi ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti